Avstraliya Azərbaycanlıları Cəmiyyəti Xocalı soyqırımı ilə əlaqədar məlumatlandırma aksiyası keçirib

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Avstraliyanın Sidney şəhərində məlumatlandırma və imzatoplama aksiyası keçirilib.

Altı saat davam edən aksiyada Xocalı faciəsinin soyqırımı kimi tanınması məqsədi ilə federal və ştat parlamentlərinə ünvanlanacaq petisiya üçün imzalar da toplanıb. Ərazidə qurulmuş stendlərdə isə soyqırımını əks etdirən fotoşəkillər nümayiş olunub, yerli sakinlərə broşür və bukletlər, “İrs” jurnalının faciəyə həsr olunan nömrələri paylanıb.

Aksiya zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər barədə də ətraflı məlumat verilib. Qeyd edilib ki, bu kampaniya artıq öz nəticəsini verməkdədir. Belə ki, dünyanın bir sıra ölkələri, o cümlədən ABŞ-ın 20-dən çox ştatı parlament səviyyəsində Xocalı faciəsini soyqırımı kimi tanıyıb.

Əlavə olaraq bildirilib ki, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə baxmayaraq, Ermənistan hələ də Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamaqda davam edir. Həmin münaqişə nəticəsində ata-baba yurdlarından didərgin düşmüş bir milyondan artıq insan hələ də qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Ermənistanın bütün cəhdlərinə baxmayaraq, beynəlxalq ictimaiyyət, dünya dövlətləri həmin əraziləri Azərbaycan torpaqları kimi tanıyır.

Aksiyada Avstraliyada təhsil alan azərbaycanlı tələbələr, Azərbaycan və türk icmalarının üzvləri iştirak ediblər.

Avstraliya Azərbaycanlıları Cəmiyyətinin sədri Mikayıl Oyta AZƏRTAC-ın Avstraliyadakı xüsusi müxbirinə bildirib ki, məlumatlandırma aksiyalarının mütəmadi keçirilməsi, federal və ştat parlamentlərinə ünvanlanan müraciətlər vasitəsilə bu ölkədə erməni diasporunun yalanları ifşa edilir və əsl həqiqətlər ictimaiyyətə çatdırılır.

Bununla yanaşı, fevralın 27-də ölkənin ən böyük məscidi olan Gelibolu məscidində cümə namazından öncə soyqırımı ilə bağlı ətraflı məlumat verilməsi, faciə qurbanlarının ruhuna dualar oxunması da nəzərdə tutulub.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi