Nuri Sərinləndirici duet ortağı ilə gizli evləndi – FOTO

Məşhur müğənni Nuri Sərinləndiricinin duet ortağı Jane Şirokihlə gizli ailə həyatı qurduğu deyilir. Cütlüyün hətta gələcək aylarda övladının da dünyaya gələcəyi söhbətləri gəzir.

Bu barədə ifaçının layihələri üzrə rəhbəri,  Lamiyə Ələkbərqızı məsələyə münasibət bildirib.
L.Ələkbərqızı bildirdi ki, toy hələ ötən ilin aprel ayında baş tutub:
“Nuri ilə Jane Dominikan Respublikasında evləniblər. Onların toyunun təmtəraqdan uzaq, dost əhatəsində qeyd olunmasına səbəb Nurinin şəxsi istəyi ilə bağlıdır.
Bilirsiniz ki, ifaçı anasını itirib və onu dünyaya gətirən xanımın həyatda olmaması səbəbindən böyük məclis təşkil etmək istəmədi”.
Aparıcı Nurinin ata olub-olmayacağı barəsindəki sualımızı da cavablandırdı:
“Bəli, ailə quran insan valideyn də olmalıdır. Vaxtı gələndə hər kəs görəcək”.
Məsələnin mətbuatdan niyə gizlin saxlanılmasına da aydınlıq gətirildi:
“Bilirsiniz ki, Nuri heç vaxt şəxsi həyatı ilə gündəmə gəlmək istəməyib. O, daima yaradıcılığı ilə məşğul olub və bu cür mövzulara həssaslıqla yanaşıb”.
Xatırladaq ki, Nuri ilə Jane uzun illərdir eyni səhnəni bölüşürlər. İfaçıların birgə tandemindən saysız-hesabsız maraqlı duetləri var. Səhnədə bir-birini tamamlayan tərəflərin həyat bağlarını birləşdirməsi onların xarakterinin də bir-birinə uyğun olmasından xəbər verir.

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib