Tramp ABŞ-da müəllimlərə silah verilməsini təklif edib

ABŞ prezidenti Donald Tramp məktəb müəllimlərinə silah verilməsini təklif edib.

ABŞ lideri bu barədə Florida ştatından olan müəllim və şagirdlərlə görüşdə deyib.

Onun sözlərinə görə, bununla bağlı təhsil işçiləri xüsusi təlim keçməli, təhlükəsizliyin təmin edilməsi üçün keçmiş hərbçilər məktəblərdə işə cəlb olunmalıdır.

Qeyd edək ki, fevralın 14-də ABŞ-ın Parkland şəhərində (Florida ştatı) “Marjory Stoneman Douglas” məktəbində baş verən silahlı insident nəticəsində 17 nəfər ölüb. Məktəbdə atəş açan 1999-cu il təvəllüdlü Nikolas Kruz saxlanılıb.