Tələbələrə təhsil haqqına görə kreditlərin verilməsində – YENİ TƏKLİF

Azərbaycanda sahibkarların tələbələrə təhsil kreditlərin verilməsini təmin edən “Maarifçi” Tələbə Kredit Fonduna sərmayə qoyması, sahibkarların bu işə qoşulması təklif edilir.

Bu təklifi Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli Trend-ə açıqlaması zamanı irəli sürüb.

O bildirib ki, Təhsil Nazirliyi “Maarifçi” Tələbə Kredit Fondunu yaratmaqla aztəminatlı tələbələrin təhsil haqları borcunu ödəyə bilməsinə yardım istiqamətində ilk addımlarını atıb:

“Müşahidələrimizə görə, “Maarifçi” Kredit Fondunun yükünü bir çox ali məktəblər öz üzərlərinə götürüblər. Təəssüf ki, bu fonda sahibkarlar sərmayə qoymurlar. Amma bu işə sahibkarların qoşulmasına ehtiyac var. Bu, əslində iş adamları üçün də bir çox tərəfdən sərfəlidir. Bununla sahibkarlar həm ölkənin gələcəyi olan yeni savadlı nəslin hazırlanmasına kömək edəcəklər, həm də bir neçə ildən sonra tələbələr kreditləri qaytardıqları zaman onun faizləri hesabına gəlir əldə edəcəklər. Bəlkə də sahibkarlar bu işin əsl mahiyyətindən tam xəbərdar deyillər. Bu məsələnin sahibkarların diqqətinə çatdırılmasına, maarifləndirmə işinin aparılmasına ehtiyac var”.

İ.Həbibbəyli bildirib ki, “Maarifçi” Tələbə Kredit Fondunun maliyyə imkanları az olduğu üçün təhsil kreditləri hələlik yalnız bakalavriat səviyyəsi üçün nəzərdə tutulur:

“Amma fondun maliyyə imkanları genişlənsə, magistratura, doktorantura üçün də təhsil kreditlərinin verilməsi faydalı ola bilər”.

“Maarifçi” Tələbə Kredit Fondundan Trend-in sorğusuna cavab olaraq, bildirilib ki, təhsil kreditləri üzrə sahibkarlar tərəfindən fonda indiyə qədər maliyyə qoyulmayıb:

“Fondla bu çərçivədə əməkdaşlıq etmək kifayət qədər sadədir. Bu barədə məlumat Fondun veb saytının müvafiq bölməsində yerləşdirilib”.

Xatırladaq ki, “Maarifçi” Tələbə Kredit Fondu aztəminatlı ailələrdən olan tələbələrə kreditlərin verilməsi vasitəsi ilə onlara ali təhsil almağa yardım edir. Fondun təsisçiləri Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət Universitetidir.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi