Jurnalistlər üçün müsabiqə elan edildi: “Vərəm haqqında ən yaxşı məqalə”

Jurnalistlər üçün müsabiqə elan edildi

QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun maliyyə dəstəyi ilə TB-REP regional vərəm proqramının Azərbaycan vətəndaş cəmiyyəti əlaqələndiricisi Sağlamlığa Xidmət İB-in təşəbbüsü və Vərəm əleyhinə QHT Koalisiyasının dəstəyi ilə yaxınlaşmaqda olan 24 Mart Ümumdünya vərəmlə mübarizə günü ilə əlaqədar “Vərəm haqqında ən yaxşı məqalə” müsabiqəsi elan olunur.

Müsabiqənin məqsədi vərəm xəstəliyi ilə bağlı cəmiyyətdə mövcud stiqmanın aradan qaldırılması və vərəm xəstələrinin probleminə medianın, dövlət strukturlarının və ictimaiyyətin diqqətini cəlb etməkdir.

Müsabiqə şərtləri:

Müsabiqəyə kütləvi informasiya vasitələrində çalışan bütün jurnalistlər qatıla bilər;

Bir jurnalist birdən artıq məqalə və ya digər media məhsulu təqdim edə bilər;

Təqdim ediləcək məqalə mütləq dərc olunmalıdır;

Məqalədə vərəm xəstələrinin problemləri və cəmiyyətin bu xəstəliyə olan münasibəti işıqlandırılmalıdır;

Vərəmlə mübarizə sahəsində mövcud dünya təcrübəsi və ölkədə vərəmlə mübarizə sahəsində görülən işlərlə bağlı müqayisəli təhlillərin aparılmasına dair jurnalist araşdırmaları da müsabiqəyə təqdim edilə bilər;

20 Fevral 2018-ci il tarixdən – 20 Mart 2018-ci il tarixinədək qəzet, jurnal, informasiya agentliklərinin rəsmi saytlarında və xəbər portallarında

müsabiqə mövzuları ilə bağlı dərc olunmuş bütün məqalələr “Sağlamlığa Xidmət” İctimai Birliyinə təqdim olunmalıdır.

Məqalələrin elektron forması və linkləri saglamligakhidmetmmc@gmail.com elektron ünvanına, məktubun mövzusunda “Müsabiqə üçün məqalə” qeyd edilərək

göndərilməlidir. Müsabiqəyə təqdim edilmiş məqalələrin qiymətləndirilməsi “Sağlamlığa Xidmət” İctimai Birliyinin təsis etdiyi münsiflər heyəti tərəfindən həyata keçiriləcəkdir.

Müsabiqənin nəticələri əsasında 1-ci, 2-ci və 3-cü yerləri tutan iştirakçılar mükafatlandırılacaq.

Müsabiqə nəticələri 24 mart 2018-ci il tarixində (Ümumdünya vərəmlə mübarizə gününə həsr olunmuş konfransda) elan ediləcək.

Qaliblər diplom və pul mükafatları ilə təltif olunacaqlar:

1-ci yer: 200 AZN

2-ci yer: 100 AZN

3-cü yer: 50 AZN

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib