Lavrov 1990-cı illərin ARXİVİNİ AÇDI

“Qərb söz verdi ki, NATO Şərqə irəliləməyəcək, amma “soyuq müharibə”dən sonra əldə olunan “dəmir” razılaşmaları pozdu”. Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov Serbiyanın BETA agentliyinə müsahibəsində bildirib.

“Qərb bütün vədlərin əksinə, NATO-nun genişləndirilməsinin xeyrinə seçim etdi. 1990-cı illərdə ABŞ və Avropa ölkələrinin rəhbərləri tərəfindən söz verilirdi ki, ittifaq Şərqə irəliləməyəcək”, – o deyib.

Nazir qeyd edib ki, bu razılaşmalar hansısa müqavilələr və hüquqi sənədlərdə əksini tapmamışdı. Amma Lavrovun sözlərinə görə, Amerika arxivlərindən bu yaxınlarda məxfilikdən çıxarılan rəsmi sənədlər birmənalı göstərir ki, belə təminatlar SSRİ və ABŞ, Moskva və Berlin, Moskva və Paris arasındakı dialoqlarda verilirdi.

Lavrov bildirib ki, Ukrayna böhranı da məhz ABŞ və NATO-nun siyasətinin nəticəsidir.

“Ukrayna böhranı Rusiya və Qərb arasındakı indiki münasibətlərin səbəbi olmadı, o ehtimal ki, Qərbin, hər şeydən əvvəl ABŞ və NATO ölkələrinin “soyuq müharibə” bitdikdən sonra həyata keçirdiyi siyasətin nəticəsi oldu. Ukraynada baş verənlər bizim üçün sürpriz olmadı. Bu, NATO-nun seçdiyi xəttin nəticəsi idi”, – Rusiya xarici siyasət idarəsinin başçısı söyləyib.

Onun sözlərinə görə, NATO-nun genişləndirilməsi Avropanın təhlükəsizliyinə zərər verir: “NATO-nun genişləndirilməsi səhvdir və razılıqların pozulmasıdır. Bu, Avropada sabitlik və təhlükəsizliyin təminatı üzrə səylərə zərər verir. Hazırda NATO-da hazırlanan planlar Balkan ölkələri də daxil olmaqla, heç kəsin təhlükəsizliyini artırmır”.

Lavrov Çernaqoriyanın NATO-ya qəbulunu (2017-ci ilin iyununda Çernaqoriya NATO-nun rəsmən 29-cu üzvü olub -red.) tamamilə süni və lazımsız adlandırıb.

O əlavə edib ki, Avropa İttifaqı ultimatumlar irəli sürərək öz təsirini genişləndirir.

“Mən heyfsilənirəm ki, Avropa İttifaqı öz təsirini ultimatumlar hesabına genişləndirməyə çalışır. “Şərq əməkdaşlığı” proqramı da bu məntiqlə həyata keçirilir. Biz Brüssel və başqa Avropa paytaxtlarında dəfələrlə elan edilmiş konsepsiyaya qayıtmağı üstün tutardıq. Fransanın keçmiş prezidenti Şarl De Qoll vaxtilə Atlantikadan Urala qədər vahid Avropa konsepsiyasını irəli sürdu, amma indi Rusiya artıq Lissabondan Vladivostoka qədər vahid Avropadan danışır”, – nazir deyib.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi