Təyyarə avtomobil yoluna düşdü – FOTO – VİDEO

ABŞ-ın Kaliforniya ştatının şimalında avtomobil yoluna yüngül mühərrikli təyyarə məcburi eniş edib.

Hadisə Morqan Hill şəhəri yaxınlığında 101 saylı yolda qeydə alınıb. Təyyarədə yalnız pilot olub və o, xəsarət almayıb.

ABŞ-ın Mülki Aviasiya Federal Agentliyi qəza enişinə səbəb kimi mühərrikin imtina etməsini göstərib.