İran İraqa hərbi yardım təklif etdi
İran iki ölkə arasında müdafiə və hərbi əməkdaşlıq haqqında imzalanmış Anlaşma Memorandumu çərçivəsində İraqı hərbi texnika və avadanlıq ilə təmin etməyə hazırdır.
Bu barədə bazar günü İranın Müdafiə Nazirliyi məlumat yayıb.
Müvafiq byanatla müdafiə nazirinin müavini Hacətullah əl-Qureyşi nazirlikdə baş tutan görüş zamanı çıxış edib.
“İran tərəfi İraqa silah, döyüş sursatı, zirehli texnika və artilleriya da daxil olmaqla hərbi yardım təklif edib. Hər iki tərəf bu təkliflərin öyrənilməsi, onların təsdiq edilməsi və zəruri silah və avadanlıqların seçilməsi üçün hər kateqoriya üzrə ixtisaslaşmış profil komitələrinin yaradılması barədə razılıq əldə edib”, – deyə bəyanatda qeyd olunur.