Fövqəladə vəziyyət elan edildi
Meksikanın Milli Mülki Müdafiə Xidməti Oaxaka ştatının fevralın 17-də baş verən zəlzələdən zərər çəkmiş 33 bələdiyyəsində fövqəladə vəziyyət rejimi elan edib.
Fövqəladə vəziyyət rejimi bu rayonlara təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə xüsusi fondun vəsaitlərinə çıxış əldə etməyə imkan verəcəkdir.
Qeyd edək ki, fevralın 17-də Meksikanın Oaxaka ştatında 7,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Pimotepa-Nasyonal rayonunda yerləşib. Meksikanın Milli Seysmoloji Xidməti zəlzələdən sonra 1,5 min afterşok qeydə alıb.