İrandakı təyyarə qəzasında 100 sərnişin həlak olub -YENİLƏNİB

“Aseman Airlines” aviaşirkətinin nümayəndəsi bildirib ki, ATR 72-500 təyyarasənin qəzaya uğraması zamanı göyərtədə olanların hamısı ölüb.

Bu barədə Tasnim agentliyi məlumat yayıb.

“Təəsüflər olsun ki, təyyaradə olan bütün sərnişinlər və ekipaj üzvləri ölüb”, – şirkətini nümayəndəsi deyib.

Onun sözlərinə görə, təyyarədə 60 sərnişin, iki stüardessa, iki mühafiuzəçi, həmçinin pilot və onun köməkçisi olub.

Lakin “Ria Novosti”nin xəbərinə görə, təyyarədə 100-ə yaxın sərnişin olub. Onların arasında Rusiya vətəndaşlarının olub-olmaması faktı araşdırılır.

Xatırladaq ki, təyyarə Tehran-Yasuc reysini yerinə yetirirdi.

 

Посмотреть изображение в Твиттере