SOCAR-ın benzin daşıyan maşını partladı

Hadisə Gürcüstanın Kaxeti bölgəsində Telavi-Qombori magistral yolunda baş verib.

Maşın yol kənarına çıxıb və daha sonra güclü partlayış baş verib

Sürücü avtomobili vaxtında tərk edə bilib. İnsident zamanı xəsarət alan olmayıb.

Qəza nəticəsində maşında olan 23 tona yaxın benzin ətrafa dağılıb.

Ətraf mühitə nəzarət departamenti dəymiş ziyanın həcmini müəyyən edəcək.