Suriya ordusu Afrinə girdi – Türkiyə ilə dəhşətli döyüş BAŞLANIR
Suriya ordusu Türkiyənin “Zeytun budağı” əməliyyatı keçirdiyi Afrinə daxil oldu.
Bu iddia ilə “Al Mayadeen” televiziyası çıxış edib. Telekanalın bölgədəki müxbiri Suriya ordusunun PYD/YPG terror təşkilatına Türkiyəyə qarşı müharibədə dəstək vermək üçün Afrinə girdiyi xəbərini verib.
Qeyd edək ki, Rusiyanın rəsmi “RİA Novosti” agentliyi də Suriya ordusunun yaxın günlərdə Afrinə girəcəyi xəbərini yaymışdı.
“Afrin bölgəsinin Türkiyə sərhədinə qədər olan ərazisi Şam qüvvələrinin nəzarətinə veriləcək. Suriya ordusunun Afrini nəzarətə götürməsi proesesi yaxın günlərdə başlanacaq”, – deyə xəbərdə deyilirdi.