Türkiyə Silahlı Qüvvələrinin (SQ) Suriyanın Afrin bölgəsində apardığı “Zeytun budağı” əməliyyatı çərçivəsində terrorçulardan azad edilən yaşayış məntəqələrinin sayı 52-ə çatıb.
Bu barədə Türkiyə SQ Baş Qərargahı xəbər yayıb.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.







