Paytaxtın Bayıl yamacında baş verən sürüşmə anı kameraya düşüb.Görüntüləri Oxu.az-ın redaksiyasına hadisə şahidləri göndəriblər.Videoda sürüşmə zamanı bir evin tamamilə dağıldığı açıq-aydın görünür.Xatırladaq ki, fevralın 10-da baş verən sürüşmə zamanı dörd evin dağıldığı bildirilib. Ərazidə yaşayan sakinlər təxliyyə olunub.