Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək

Çempionlar Liqasında (ÇL) 1/8 final həyəcanı başlayır.

Bu gün mərhələnin ilk iki oyunu keçiriləcək.

Təbii ki, əsas diqqətlər Turində baş tutacaq matça yönələcək. ÇL-in son finalçısı “Yuventus” Premyer Liqanın iddialı komandalarından “Tottenhem”i qəbul edəcək. Bu, tərəflərin avrokuboklarda ilk duelləri kimi tarixə düşəcək. 16 oyundu məğlubiyyət üzü görməyən və son 11 matçın hamısında qələbə qazanan “qoca sinyora” London səfəri öncəsi ənənəni davam etdirməyə çalışacaq. “Tottenhem” isə İtaliyaya minimum heç-heçə niyyəti ilə yollanıb. “Yuve”nin aparıcı oyunçuları Xuan Kuadrado və Paulo Dibala zədəli üzündən baş məşqçi Massimiliano Alleqrinin ixtiyarında olmayacaqlarsa, Andrea Barzalyi, Benedikt Hövedes və Blez Matuidinin durumu qeyri-müəyyəndir.

Digər qarşılaşmada isə “Bazel” Çempionlar Liqasının favoritlərindən olan “Mançester Siti”ni qəbul edəcək. “Şəhərlilər”in heyətində Fabian Delf, Qabriel Jezuş, Benjamin Mendi və Leroy Sane zədədən əziyyət çəksələr də, Pep Qvardiolanın kollektivi istənilən halda favoritdir. Premyer Liqanın lideri hətta cütün taleyini birinci oyundaca həll etməyə çalışacaq. “Bazel”in güclü rəqibini büdrətməsi isə əsl möcüzə olar.

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi