Bebekdə restoran açan Dərya Tunaya keçmiş həyat yoldaşı İbrahim Tatlıses jest edib.
“İmperator” açılış münasibətilə Dəryaya “çiy köftə” dən hazırlanmış “tort” göndərib. Tuna Tatlısəslə aralarında yenidən münasibət qurulub-qurulmayacağı sualına “İbrahim mənim yaxın dostum, oğlumun atası və qohumumdur. Biz belə çox xoşbəxtik” cavabını verib, Müğənni keçmiş xanımına xüsusi hazırlatdığı gül dəstəsi də yollayıb.






