ABŞ ümumi problemləri həll etmək üçün Rusiya ilə münasibətləri bərpa etmək niyyətindədir.
Bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauert deyib.
“Mən deyərdim ki, ABŞ-Rusiya münasibətləri mürəkkəb və dolaşıqdır. Biz münasibətləri bərpa etmək istərdik. Çünki qarşılıqlı narahatlıq doğuran bir çox sahələr mövcuddur. KXDR – onlardan biridir”, – deyə Hezer Nauert bildirib.







