“Azərbaycan” nəşriyyatının sovetlərdən qalma nimdaş görkəmi

Ölkə mediasının əhəmiyyətli qisminə “ev sahibliyi” edən “Azərbaycan” nəşriyyatının sovetlərdən qalma nimdaş görkəmi uzaqdan diqqəti cəlb edir. Yüzlərlə media orqanının yerləşdiyi bina, hətta yeri gələndə ayaqyolu problemi ilə də gündəmə gəlir. Lakin, bu nimdaş görünüşlü əzəmətli binanın içərisində baş verənlərdən yəqin ki, çoxlarının xəbəri yoxdur. Hərgah olsaydı burada baş verənlərə bunca müddət göz yummazdılar. Realliq.net -in apardığı araşdırmalar vaxtilə “Dördüncü hakimiyyətin” alınmaz qalası sayılan Nəşriyyatın içərisində baş verənləri üzə çıxarmış oldu.

Elə bilməyin ki, “Azərbaycan” nəşriyyatının fəaliyyət profili yalnız çap işi, redaksiyalara ev sahibliyi etməklə məhdudlaşır. Nəşriyyat-poliqrafiya işi burada heç də əsas istiqamət deyil. Nəşriyyatın baş mühəndisi, həmçinin 2-ci şəxsi hesab edilən Ləbib LəbibovAzərbaycan Rəspublikasının Prezidentinin İşlər İdarəsi yanındafəliyyət göstərən bir qurumu şəxsi mülkiyyəti kimi idarə edir. Ləbib Ləbibovun “işgüzar fantaziyası” nəticəsində bu gün nəşriyyatda mətbəələr, kağız sexləri, qapı-pəncərə sexləri, çörək-bulka sexləri, reklam sexləri, dəmir sexləri, dərzi sexi, mebel sexi, stomotoloji klinika, seyf-qapılar anbarı və digər müəssisələr fəaliyyət göstərir. Ötən il nəşriyyatda diskotekanın açılması barədə xəbərləri də yəqin ki, xatırlayanlar az deyil. Bildirək ki, qeyd etdiyimizsexlər heç də ölkəmizdə azad sahibkarlığın inkişafına dəstək məqsədilənəşriyyatın binasında fəaliyyət göstərmir. Heç dərzivə yaxud mebel sexinin də mətbuatla yaxından-uzaqdan əlaqəsi yoxdur. “Azərbaycan” nəşriyyatı minlərlə insanın çörək ağacına çevrilsə də burada çörək sexinin fəaliyyət göstərməsi də jurnalistləri isti çörəklə təmin etmək zərurətindən yaranmayıb. Bütün bunların hamısı Ləbib Ləbibovun qanunsuz gəlir mənbələridir. Hər ay buradan toplanan külli miqdarda gəlir L.Ləbibov tərəfindən mənimsənilir. 

Deyilənlərə görə, əldə olunan gəlir Admnistrasiyanın İşlər İdarəsində Ləbibovlara himayədarlıq edənlərlə 50-50-yə prinsipi əsasında bölüşdürülür.
L.Ləbibov öz oğlunu- Rəşad Ləbibovu çap sexinin rəhbəri təyin etdirməklə çap sənayesini də tamamilə nəzarətə götürüb. Kağız ticarəti tamamilə bu ailənin əlində cəmlənib. İstədikləri vaxt süni kağız qıtlığı yaratmaqla bazarda istədikləri qiymətləri diqtə edirlər.

Realliq.net -in araşdırmalarından məlum olur ki, Ləbib Ləbibov təkcə öz əməlləri ilə nəşriyyatın dirəklərini məhv etmir. O bunu həm də fiziki baxımdan da reallaşdırır. Ləbibovlar nəşriyyatın dəmirdən olan bütün dirəklərini çıxartdıraraq satdırıb. Bir mühəndis kimi bu dirəklərin gərəksizliyinə qərar verən Ləbibovlar faktiki olaraq nəhəng bir binanı təhlükə altında qoyub. Lazımi təşkilatlar yoxlama aparsalar bu təhlükənin şahidi ola bilərlər
“Azərbaycan” nəşriyyatını tamamilə nəzarətə götürmək üçün Ləbibovlar bütün variantlardan istifadə edir. Bu yaxınlarda 23 il ərzində nəşriyyatın yeməkxanasını və mağazasını icarə əsasında işlədən Eldar adlı şəxs də işindən uzaqlaşdırılıb. Əvəzində isə Ləbibovlar öz adamını gətirərək nəşriyyatın “fəth”ini tamamilə yekunlaşdırıb. 

Göründüyü kimi “Azərbaycan” nəşriyyatı tədricən Ləbib Ləbibovun “ailə podratı” kimi fəaliyyət göstərir. Hər ay külli miqdarda pulların mənimsənilməsinə baxmayaraq normal bir ayaqyolusu belə olmayan “Azərbaycan” nəşriyyatı biganəliyin, korrupsiyanın, məmur özbaşnalığının girovuna çevrilib. Verilən məlumatlarda A.Əsgərovun sadəliyindən və inamından sui-istifadə edən L.Ləbibov şəxsi maraqlarını önə çəkməklə hər kəs üçün çözülməsi çətin olan problemlər yaratmışdır. Bu isə təbii ki, qarşıda gələn Prezident seçkilərinə öz təsirini göstərməyə bilməz. “Azərbaycan” nəşriyyatını Ləbibovların girovluğundan xilas etmənin zamanı çoxdan çatıb !

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib