Türkiyənin xarici işlər naziri Tehranda
İran prezidenti Həsən RuhaniTehranda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib. Məlumata əsasən, tərəflər Suriya böhranının həlli məsələlərini müzakirə etdilər.
“Biz regional problemləri həll etmək üçün Türkiyə ilə əməkdaşlığı inkişaf etdirməyə hazırıq”, deyə H.Ruhani vurğulayıb.
Qeyd edək ki, Tehranda səfərdə olan M.Çavuşoğlu həmçinin iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə də görüşüb. Görüşdə nazirlər Soçidə keçirilmiş Suriya Milli Dialoqu konqresinin nəticələrini müzakirə ediblər.