Oktarın verilişi dayandırıldı – Böyük cəza

Türkiyə Radio və Televiziya Ali Şurası (RTÜK) Adnan Oktarın sahibi olduğu A9 kanalına 5 dəfə verilişi dayandırmaqla yanaşı ən yüksək inzibati cəza kəsilməsini qərarlaşdırıb.

Aktor.az-ın xəbərinə görə, A.Oktar ilə münaqişə yaşayan Diyanət işləri başqanı Əli Ərbaş Oktarın ağlının yerində olmadığını bildirmiş və A9 kanalının bağlanması üçün RTÜK-ə müraciət etmişdi.

RTÜK məsələ ilə bağlı araşdırma aparıb. A9 kanalına 5 dəfə verilişi dayandırmaqla, ən yüksək məbləğdə inzibati cəza verilməsi qərarlaşdırılıb.