Tillerson: Moskva indidən bizim siyasətə müdaxilə edir
ABŞ Rusiyanın Konqres seçkisinə müdaxilə imkanlarına qarşı kifayət qədər hazırlıqlı deyil. Bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibi Reks Tillerson söyləyib.
“Ruslar hər zaman şəraitə uyğunlaşa bilirlər. Əgər onların müdaxilə planları varsa, onlar bunu etmək imkanı da tapacaqlar. Moskva indidən bizim siyasətə müdaxilə edir. Əgər bu müdaxilə dayandırılmasa, nəticələri pis olacaq” – deyə o bildirib