Deputat: Növbədənkənar prezident seçkilərinin keçirilməsi dövlət başçısının səlahiyyətləri çərçivəsindədir

Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ölkə başçısının səlahiyyətləri çərçivəsindədir.

Bunu Trend-ə açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.

Millət vəkili bildirib ki, bu qərarın verilməsi ölkə qanunları çərçivəsindədir: “Buna Azərbaycanın Konstitusiyası da imkan verir. Buna görə də dövlət başçısı seçkilərin növbədənkənar keçirilməsini elan edib”.

A.Hüseynov qeyd edib ki, prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədinin İlham Əliyev olacağı birmənalıdır:

“Seçkilərin apreldə, yaxud oktyabrda keçirilməsinin fərqi yoxdur. Prezident İlham Əliyevin təkrar seçiləcəyinə heç bir şübhə yoxdur. Çünki Prezident İlham Əliyevin həm ölkə vətəndaşları arasında, həm də beynəlxalq aləmdə nüfuzu kifayət qədər yüksəkdir. Azərbaycan vətəndaşlarının İlham Əliyevə yüksək etimadının olması danılmazdır. Azərbaycan vətəndaşları bilir və şahiddir ki, Prezident İlham Əliyevin bütün fəaliyyəti əsasən ölkə vətəndaşlarının sosial rifahının yüksəlməsinə, ölkədə yoxsulluğun azaldılmasına, ictimai-siyasi sabitliyə nail olunmasına yönəlib. Xalq bunun nəticəsini də görüb və görür. Bu gün ölkə iqtisadiyyatındakı sürətli və dinamik inkişaf, siyasi sabitlik, ordu quruculuğunda görülən uğurlu işlər, Azərbaycan ordusunun gücləndirilməsi hamının gözü qarşısında baş verir, danılmaz faktdır”.

Qeyd edək ki, Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi