Amerikalı casusdan Türk ordusu və “dərin dövlət”lə bağlı SENSASİYALI ÇAĞIRIŞ

FETÖ-nün Türkiyədəki çevriliş cəhdini dəstəkləyən Pentaqonun keçmiş rəsmisi Mixael Rubin “Türkiyədəki amerikalılar mümkün sui-qəsd təhlükəsi ilə üz-üzə” adlı sensasiyalı məqalə qələmə alıb.

Publika.az xəbər verir ki, Ərdoğan hökumətinin əleyhinə çıxan Rubin Türk ordusunun əvvəlki kimi NATO-nun təsir dairəsində qalması üçün hər şeyə əl atmağı dəstəkləyir.

Rubin Türkiyə ordusu üzərində üç şəxsin xüsusi təsirə malik olduğunu yazıb.

Bu şəxslər Baş qərargah rəisi Hulusi Akar, Türkiyə prezidentinin müşaviri Adnan Tanrıverdi və Vətən Partiyasının lideri Doğu Perinçekdir.

Rubin “dərin dövlət”in adamı olaraq tanınan, 2019-cu ildə Vətən Partiyasının prezidentliyə namizədi Doğu Perinçekin ABŞ və NATO üçün “ən təhlükəli” şəxs olaraq təqdim edir.

Türkiyəli mütəxəssislər Rubinin iddialarını ordu içində təfriqə yaratmaq məqsədi daşıyan psixoloji hücum olduğunu düşünürlər.

“Ərdoğan ya da Perinçek əhaliyə İncirlik bazasına hücum etmək əmri verərsə, baza işğal ediləcək”, – deyə iddia edən Rubin Tramp Administrasiyasına “İncirlikdəki amerikalı hərbiçiləri İordaniya, Rumıniya, ya da digər ölkələrə köçürün” çağırışı edib.

Qeyd edək ki, M.Rubinin ABŞ kəşfiyyatına bağlı ekspert olduğu və əsasən psixoloji hücumların həyata keçirilməsi kimi işləri həyata keçirdiyi haqda məlumatlar var.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi