7 cəbhəyanı kəndi birləşdirən yol yenidən qurulur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmas xəttində yerləşən yaşayış məntəqələrinə gedən yollar əsaslı şəkildə yenidən qurulur.

“MediaZona“-ya  Agentliyin mətbuat xidmətindən bildirilib ki, təkcə Ağdam rayonunda bu il 17 cəbhəyanı kəndi birləşdirən yolların əsaslı şəkildə bərpası nəzərdə tutulub. Onlardan biri də 5.4 km uzunluğunda Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yoludur. Sözügedən yol Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq yenidən qurulur. Yolun uzun müddət istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir olunmaması gediş-gəlişin çətinləşməsinə gətirib çıxarmışdı. Məhz buna görə yolun yenidən qurulması 7 yaşayış məntəqəsinin 5 minə yaxın əhalisinin ürəyincə olub.

IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun deformasiya uğrayan hissələri qazılaraq çıxarılıb, əks dolğu işləri aparılıb və yeni 10 metr enində torpaq yatağı inşa olunub. Hazırda tikinti norma və qaydalarına uyğun olaraq yol boyu layihəyə uyğun müxtəlif diametrli mövcud suötürücü borunun təmiri və tikintisi işləri həyata keçirilir, əsasın alt layının tikintisi üçün hazırlıqlar görülür.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi