Ağ Evdə məxfi toplantı
Ağ Ev Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı məxfi brifinq keçirib.
Bu barədə informasiyanı görüşün iştirakçılarından biri olan senator Ben Kardin öz rəsmi saytında yayıb. “Administrasiya gizli brifinq keçirib. Vaşinqton Rusiya müdafiə və kəşfiyyat sektorlarıyla əhəmiyyətli dərəcədə maliyyə əməliyyatları keçirən şəxslərə qarşı sanksiyalar həyata keçirməyə məcburdur. Əgər bu şəxslər bağlanan müqavilələrin həcmi ilə bağlı ciddi ixtisarlara getməsələr, bu sanksiyalar tətbiq ediləcək”, – deyə o bildirib.