“Qarabağ”dan tarixi nailiyyət

“Qarabağ” klubu Azərbaycan futbolunun tarixində ilk dəfə olaraq UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı.
Mediazona.az xəbər verir ki, “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində səfərdə Danimarkanın “Kopenhagen” klubu ilə qarşılaşıb. Oyun 2:1 hesabı ilə Danimarka təmsilçinin xeyrinə başa çatsa da, 2 oyunun cəmi və səfər qolunun hesabına “Qarabağ” klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinə keçə bilib.