Mehmetcik Afrində TÜRK bayrağını asdı

Türk əsgərləri Afrin əməliyyatının 7-ci günündə Türk bayrağını terrorçulardan təmizlənən bölgəyə asıblar.

“Zeytun Budağı” adlandırılan əməliyyatın artıq yeddinci günündə Mehmetciklər PKK/PYD/YPG terrorçularını bölgədən təmizləyib. Türk ordusu terrorçuların yerləşdiyi bölgələrdəki TV bloklarını ələ keçiriblər.

Zərərsizləşdirilən terrorçular ərazidən təmizlənərək TV binasına Türkiyə bayrağı asılıb.