Türkiyə Azərbaycan prezidentini təhqir edən radionu ağır cəzalandırdı

Türkiyə Radio və Televiziya Yüksək Qurumu (RTÜK) Azərbaycan prezidenti İlham Əliyev və xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva haqqında təhqiramiz ifadələrə yol verən “Show Radyo”ya sərt cəza verib.

“Anadolu” agentliyi xəbər verir ki, RTÜK adıçəkilən radio kanalındakı “Matrax” adlı verilişin 5 dəfə dayandırılmasına və pul cəzası verilməsinə qərar verib.

Pul cəzası şirkətin yayım gəlirlərinin 5 faizini əhatə edəcək. Bundan başqa, bir il ərzində oxşar “səhv”ə yol verilərsə yayım 10 gün dayandırılacaq. Bununla da kifayətlənməsələr və növbəti dəfə eyni “səhvi” təkrarlasalar, “Show Radyo”nun lisenziyası əlindən alınacaq.

Qeyd edək ki, Zeki Kayahan Coşkunun aparıcısı olduğu verilişin 16 yanvarda Bakı vaxtı ilə 23:00 – 02:00 saatları arasındakı buraxılışında İ.Əliyev və M.Əliyeva haqqında təhqiramiz ifadələr səsləndirilmişdi.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi