1200-dən artıq ev işıqsız qalıb

İrlandiyada baş verən daşqınlar nəticəsində 1200-dən artıq ev işıqsız qalıb, bir neçə körpü uçub. Bu barədə Trend “RİA Novosti”yə istinadən xəbər verir.

Körpülərin uçmasına görə bir neçə yol bağlanıb. Xüsusən də Slayqo və Bouli şəhərlərinə yaxın yollarda hərəkət dayanıb.