Liviyada ardıcıl partlayışlar

Liviyanın Benqazi şəhərində 30 dəqiqəlik itervalla iki minalanmış avtomobil partladılıb.

Partlayışlar nəticəsində 9 nəfər ölüb, 20 nəfər yaralanıb.

Məlumata görə, partlayışlar şəhərin ən böyük məscidinin qarşısında, dindarlar binadan çıxan zaman törədilib.

Birinci partlayış nəticəsində 3 nəfər ölüb, ikinci partlayış isə 6 nəfərin həyatına son qoyub.