Xudu Məmmədovu Zərdüşt Əlizadə öldürüb? – Şok iddiaya cavab

Ana Vətən Partiyasının sədri, Millət vəkili Fəzail Ağamalı kulis.az-a müsahibəsində Xudu Məmmədovun ölümündə Zərdüşt Əlizadəni təqsirləndirib. Millət vəkili bildirib ki, Zərdüşt Əlizadə Xudu Məmmədovu əsəbləşdirərək ölümünə səbəb olub:”Xudu Məmmədovla ikinci görüşümüz 1988-ci ilə təsadüf edib. O, elə həmin tarixdə vəfat etmişdi. Dram teatrının yanında bir muzeydə yığıncaqdaydıq. Orda xalq hərəkatı haqqında söhbətlər gedirdi. Xudu Məmmədov da millətini sevən alim idi. Çox da nəhəng alim. Orda onu əsəbiləşdirdilər. Zərdüşt Əlizadə onu əsəbiləşdirdi. Və ordaca Xudu Məmmədovun ürəyi partladı. Bu bizim son görüşümüz idi. Xudu Məmmədov orda Milli Azadlıq Hərəkatına sədaqətini nümayiş etdirirdi. Zərdüşt Əlizadə də onun əleyhinə getdi. Xudu müəllim də möhkəm əsəbiləşdi”.Qaynarinfo millət vəkilinin iddiasına Zərdüşt Əlizadənin münasibətini öyrənib. O, F.Ağamalının fikirlərinə ironiya ilə cavab verib: “Fəzail Ağamalı özü xalq şahidi kimi iştirak edib, baxırdı. Polisdə ifadə də verib. Mən bıçaqla Xudu Məmmədovun başını kəsmişəm. Fəzail Ağamalı da buna birbaşa şahidlik edib. Amma məni azad etdilər. Çünki Nemət Pənahlı təqdim etdi ki, mən KKB agentiyəm”.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi