Armen Sarkisyan prezident seçilərsə, nə dəyişəcək? – Şərh

“Ermənistanda yeni prezidentin seçilməsi ilə bu dövlətin xarici siyasətində dəyişikliyin baş verəcəyini düşünmürəm”. Bu fikri  politoloq Fikrət SadıqovErmənistanın hakim partiyası tərəfindən Böyük Britaniyadakı səfir Armen Sarkisyanın prezidentliyə namizədliyinin irəli sürülməsi məsələsini şərh edərkən deyib.

Politoloq qeyd edib ki, Ermənistanın geostrateji xətti var. Yəni digər ölkələrin ərazilərinə iddia etmək Ermənistandakı siyasi partiyaların bir çoxunun proqramlarında da var.

F. Sadıqov deyib ki, onlar Böyük Ermənistan yaratmaq xülyasındadır.

Digər tərəfdən isə, politoloq əlavə edib ki, bu il parlamentin seçdiyi prezident ölkədə  heç bir şeyi həll etməyəcək. Çünki prezident nominal fiqur olacaq: “Ölkə parlamentli üsul idarəsinə keçdiyi üçün çox güman ki, əsas fiqur, yəni baş nazir postunda hazırkı prezident Serj Sarkisyan olacaq. Sarkisyanın siyasətində isə dəyişikliyin olacağını düşünmürəm”.

F. Sadıqovun sözlərinə görə, Ermənistan elə bir ölkədir ki, təzyiq edilməyənə qədər siyasi xəttini dəyişməyəcək: “Bu dövlət öz siyasi prioritetlərini dəyişən deyil. Prezident postunda istəyir Serj Sarkisyan olsun, istəyir başqası, bu dövlətə ancaq təzyiq edilməlidir. Həm beynəlxalq strukturlar, həm də Azərbaycan Ermənistana təzyiq etməlidir. Biz öz gücümüzü Ermənistana nümayiş etdirməliyik və vaxtaşırı onun təxribatlarına cavab verməliyik”.  Azadinform.az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi