Bakıda nömrəsiz maşın sürən, polislərdən qaçıb min hoqqadan çıxan ƏLİL “AVTOŞ” TUTULDU

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bu gün Bakıda tutulan avtoxuliqanla bağlı məsələyə aydınlıq gətirib.  Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, əlil Məmmədov Zaur Səxavət oğluna dövlət tərəfindən əvəzsiz verilən “NAZ Lifan” markalı “90 UR 366” dövlət nömrə nişanlı avtomobil 09.12.1985-ci il təvəllüdlü Suraxanı qəsəbəsində qeydiyyatda olan Ağasıyev Ramin Niyazi oğlu tərəfindən sürücülük vəsiqəsi olmadan üç dostu ilə birgə Bakı şəhər ərazisində dövlət nömrə nişanı olmadan idarə edildiyi üçün Neftçilər prospektində saxlama işarəsi verilib: “Lakin sözsüz ki, sürücü sənədsiz olduğundan avtomobili saxlamadan hərəkətini davam etdirib. Digər yolayrıclarında xidmət aparan polis əməkdaşlarına həmin avtomobilin saxlanması ilə bağlı işarə verilməsi barədə radiocihaz vasitəsilə məlumat verilib. Üç yolayrıcında xidmət aparan polis əməkdaşları həmin avtomobil sürücüsünə dayanma işarəsi versə də, sürücü yenə də dayanmadan hərəkətini davam etdirib. Beləliklə, onun həqiqətən olduqca təhlükəli və sürətlə avtomobil idarə etdiyini, hərəkət iştirakçılarına real təhlükə yaratdığını görüb həmin avtomobil şəhərin mərkəzi küçəsindən kənar istiqamətə, yəni Nobel prospektinə məqsədli olaraq yönəldilərək və bu prospektdə isə süni sıxlıq yaradaraq sürücü və sərnişinlərlə birgə saxlanılıb. Təəssüflər olsun ki, bununla əlaqədar guya 23 yol polisi avtomobilinin həmin avtomobilin saxlanması ilə əməliyyat keçirməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Avtomobilin saxlanılmasında 2 patrul avtomobili və ərazi üzrə xidmət aparan üçüncü patrul avtomobili iştirak edib. Saxlanılan zaman sürücü qaçmağa cəhd göstərib, lakin yol polisinin sayıqlığı nəticəsində saxlanılıb”.

V.Əsədov bildirib ki, peşəsi rəngsaz olan sürücü barəsində toplanmış sənədlər Səbail rayon məhkəməsinə təqdim edilib və məhkəmənin qərarı ilə ona 30 sutka həbs verilib.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi