14 yaşı tamam olmamış şəxslərə dərman satışı qadağan edilir
Azərbaycanda 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin satılması qadağan edilir.
Bununla bağlı “Dərman vasitələri haqqında” qanuna dəyişiklik edilir.
Dəyişikliyin edilməsində məqsəd 14 yaşı tamam olmamış şəxslərin həyat və sağlamlığına ziyan vurulmamasını nəzərə almaqdır.