Son 5 ilin ən dağıdıcı qasırğası gözlənilir

Çinin Honkonq muxtar regionunda son 5 ilin ən dağıdıcı “Hato” qasırğası gözlənilir. Artıq şəhərin sahilyanı bölgələri qasırğanın təsiri altına düşüb. Şəhərdə nəqliyyatın hərəkəti tamamilə iflic olub. Məktəblər və iş yerləri fəaliyyətini dayandırıb. 420-yə yaxın uçuş təxirə salınıb. Hava bürosu qasırğanın sürətinin saatda 165 kilometrə çatdığını qeyd edib. AzNews.az xarici mətbuata istinadən xəbər verir.