Amerikalı rəssam xüsusi rəng icad edib

ABŞ-ın Sietl şəhərində yaşayan rəssamlardan biri rəngin xüsusi tərkibini icad edib.

Həmin rənglə asfalt üzərinə yazılan yazı, yaxud çəkilən şəkillər yalnız yağış yağdığı və ya üzərinə maye töküldüyü halda görünür.

Şəkillər ilk iki həftə ərzində aydın görünür, 4 aydan bir ilədək isə asfaltda qalaraq silinmir.