Ərdoğandan NATO-nun baş katibinə təcili zəng

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yan Stoltenberqlə telefonla əlaqə saxlayıb.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, telefon zəngi Türkiyə hökumətinin iradəsilə baş tutub. Danışıq əsasən YPG kürd terrorçularının Suriyada yerləşdirilməsilə bağlı aparılıb. Suriyada İŞİD terror təşkilatı ilə mübarizəyə YPG və digər kürd silahlılarının qoşulmasına etiraz edən Ərdoğan, onların böyük təhlükə mənbəyi olduğunu vurğulayıb.

“Suriyada YPG və digər silahlı qruplaşmalara ehtiyac yoxdur. Onlar terroçuluğun bariz nümunələridir və bu təşkilat üzvlərinin Suriyanın gələcək taleyində heç bir rolu ola bilməz”, – deyə Ərdoğan bildirib.

Danışıq zamanı Ərdoğan bildirib ki, Türkiyənin terrorçulardan özünü qorumağa hüququ var: “Elə bu səbəbdən də, Türkiyə Suriya ilə Türkiyə sərhəddində təhlükəsizliyi təmin etmək üçün lazımı işlər görür”.

Yan Stoltenberq də öz növbəsində Ərdoğana Türkiyənin NATO üçün çox önəmli tərəfdaş olduğunu bildirib. O, terrorçulardan qorunmağın Türkiyə hökumətinin tam hüququ olduğunu deyib.

Qeyd edək ki, Türkiyə ilə Suriya sərhəddində müharibə abu-havası yaranıb. Bir müddət əvvəl Türkiyə ABŞ-a YPK terror təşkilatına dəstək göstərməsinə görə etiraz bəyanatı vermişdi. Ankara hesab edir ki, YPK kürd terrorçuları ilə əlaqəli olan terror təşkilatlarından bidiridir. Bu səbəbdən də, həmin qruplaşma ilə bütün əlaqələr kəsilib.

Yanvarın 13-dən başlayaraq, Türk Silahlı Qüvvələri Suriyadakı kürd mövqelərinə atəş açıb. Türkiyə sərhəddindən Suriyada kürd terrorçularının məskunlaşdığı əraziyə zərbələr endirilib. Türkiyə sərhəddindən Suriya istiqamətinə təxminən 10 zərbə endirilib.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi