Rusiyada məktəbə hücum: azyaşlı şagirdlər bıçaqlandı
Rusiyanın Perm şəhərində naməlum şəxslər məktəbə hücum ediblər. Hücum nəticəsində dördüncü sinifdə təhsil alan 8 şagird və 1 müəllimə xəsarət alıb. Hücum edən şəxsin iki nəfər olduğu bildirilib. Hücumdan sonra məktəbdə yanğın başlayıb. Nəticədə məktəbdəki şagirdlər yaxınlıqda yerləşən KİT ticarət mərkəzinə evakuasiya ediliblər.
Polis artıq hücum edən şəxsləri yaxaladıqlarını açıqlayıb. Xəsarət alanlardan 7-sinin xəstəxanada olduğu bildirilib.