Bağdadda partlayış – Ölənlər var

Bu gün səhər saatlarında Bağdadda iki partlayış baş verib. Trend-in məlumatına görə, İraq DİN partlayışlar nəticəsində azı 6 nəfərin öldüyü barədə xəbəri təsdiqləyib. Daha 24 nəfərin xəsarət aldığı bildirilir.

İlkin məlumata görə, partlayışlardan biri terrorçu-intiharçı tərəfindən törədilib.

İnsidentlə bağlı digər təfərrüatlar verilməyib, partlayışlarla bağlı məsuliyyəti hələ heç kəs üzərinə götürməyib.

Ərazi polis və təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə götürülüb, araşdırma aparılır.