Azərbaycanlı iştirakçı “O səs Türkiyə”də sevdiyi qız üçün ağladı – VİDEO

“O səs Türkiyə”nin ikinci turundan növbəti buraxılışı yayımlanıb.

Axşam.az-ın məlumatına görə, Hadisənin komandasında olan həmyerlimiz Ozan Əhmədov Çingiz Kurtoğlunun repertuarından “Duyanlara Duymayanlara” mahnısını səsləndirib.

Onun ifası hər kəsin xoşuna gəlib, hətta tamaşaçılar ifanı bir daha eşitmək istəyib.

Hadisə ifaçının mahnını ürəkdən oxumasının və gözlərinin dolmasının səbəbini soruşub.

Ozan da kövrələrək bildirib ki, illərdir sevdiyi qızın bu yaxınlarda toyu olacaq.

“İllər öncə bir qızı sevmişəm. 10 ildir görmürəm. Adı Nərminə idi. Yaxında toyu olacaq. Mən onu hələ də qəlbimdə sevirəm”, – deyərək ağlayıb.

Həmyerlimizin hekayəsi Hadisəni şoka salıb və o, növbəti tura Ozanla davam etmək istədiyini söyləyib.

Əhmədov tamaşaçıların xahişi ilə mahnını yenidən səsləndirib.

Xatırladaq ki, O.Əhmədov ötən il də yarışmada iştirak edib. Hadisənin komandasında olan gənc ifaçı finala qədər gedə bilməyib.

Qeyd edək ki, bu dəfəki müsabiqədə həmyerlimiz “Gipsy Kings” qrupunun “Bamboleo” mahnısını səsləndirmişdi. “Qazaxa gəl, Səməd Vurğun ocağına gəl” sözləri ilə ifasına başlayan Ozana Yıldız Tilbe və Hadisə dönsə də, azərbaycanlı iştirakçı yarışmaya Hadisə ilə davam etmişdi.

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi