İstanbulda əməliyyat – Bu dəfə 42 əcnəbi İŞİD-çi saxlanıldı


 İstanbul polisi tərəfindən növbəti antiterror əməliyyatı keçirilib. Məlumata görə, əməliyyat İstanbulun 7 rayonunda həyata keçirilib. Əməliyyat nəticəsində İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 42 əcnəbi saxlanılıb. Saxlananların hərbi əməliyyatlarda iştirak etdiyi ehtimal edilir. Həmin şəxslərin vətəndaşlıqları açıqlanmır.