DİQQƏT: Bakıda təcrübəsi olmayan həkimlər öd əməliyyatı edir

“Çox təəssüflər olsun ki, bizə son zamanlar öd yollarının yaralanması şikayəti ilə çox xəstələr müraciət etməyə başlayıb. Bu, Bakıda təcrübəsiz həkimlərin nəyinsə xatirinə öd kisəsi əməliyyatlarının etməsinin nəticəsidir”.

Bunu  Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şurasının üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi deyib.

Öd kisəsi əməliyyatının kifayət qədər ciddi olduğunu vurğulayan M.Kazımi deyib ki, sadə öd kisəsi əməliyyatının fəsadları ən pis bədxassəli xərçəng xəstəliyinin əlamətlərindən pis ola bilər:

“Son zamanlar Bakı şəhərinin müxtəlif tibb müəssisələrində laparoskopik xolesistektomiya əməliyyatını icra edəcəyini deyən çox “cəsarətli”, amma təcrübəsi olmayan həkimlər nəyinsə xatirinə öd kisəsi və öd yollarını əməliyyat edirlər. Nəticədə də xəstələrdə ciddi fəsadların yaranmasına səbəb olurlar. Lakin istər həkimlər, istərsə də xəstələr “öd kisəsi sadə əməliyyatdır” deyərək buna ötəri yanaşmamalıdırlar”.

M.Kazımi Azərbaycanda bəzi həkimlərin başqa bir səhv üsuldan istifadə etdiklərini də söyləyib.

Onun sözlərinə görə, hansı səbəbdən baş verməsindən asılı olmayaraq, qaraciyərin serrozu portal hipertenziyaya səbəb olur. Bunun nəticələrindən biri dalağın ölçülərinin böyüməsidir:

“Çox təəssüf ki, həkimlərimiz qaraciyər serrozu zamanı xəstələrə dalağın çıxarılmasını məsləhət görürlər. Bu, çox səhv yoldur və daha ciddi fəsadlara yol aça bilər. Çünki qaraciyər serrozunda dalağın böyüməsinə səbəb portal hipertenziyadır, daxili orqanlarda təzyiqin artması nəticəsində dalaq böyüyür. Qaraciyər serrozu zamanı dalağın çıxarılması gələcəkdə həmin şəxsin transplantasiya imkanının olmamasıdır. Ona görə də xəstələr ehtiyatlı olmalıdırlar ki, belə əməliyyat onlar üzərində aparılmasın”.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi