Putin hücum ƏMRİ VERƏCƏKMİ?

Donbasda Ukrayna hərbiçilərinin sərəncamında artıq ABŞ-dan çatdırılan letal (ölümcül) silahlar var. “BellingCat” layihəsinin Şərqi Avropa və Avrasiya məsələləri üzrə aparıcı tədqiqatçısı Arik Toler bildirib. Onun sözlərinə görə, Ukraynaya ölümcül silahların çatdırılması ətrafında yaranan səs-küy təəccüblü görünür.

“Çoxlar “Javelin” tank əleyhinə raket komplekslərinin Ukraynaya satışı üzrə ABŞ hökumətinin rəsmi razılığı ətrafında səs-küy qaldırıb. Amma Donbasda cəbhə xəttində “Azov” batalyonu artıq ABŞ-dan çatdırılan ölümcül silahlara malikdir”, – o yazıb. Tədqiqatçı bildirib ki, ABŞ-dan çatdırılan qumbaraatanlar isə artıq 2017-ci ilin iyulundan “Azov” döyüşçülərinin arsenalına daxil edilib. Daha əvvəl jurnalist Yuri Butusov bildirib ki, ABŞ Ukrayna Silahlı qüvvələri və Milli Qvardiyasına “Barrett” M82 və M107 snayper tüfənglərini çatdırdıqdan sonra PSRL-1 əl qumbaraatanlarını göndərib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın administrasiyası ötən ay Ukraynaya letal silahların, həmçinin “Javelin” tank əlehinə raketləri verilməsini bəyənib. Söhbət ümumi dəyəri 47 milyon dollar olan 210 tank əleyhinə raket və 35 raket sistemindən gedir. Daha əvvəl Dövlət Departamenti “Barrett M107A1” böyuk kalibrli snayper tüfəngləri, həmçinin onlar üçün döyüş sursatları və ehtiyat hissələrinin ixracına icazə verən ticarət lisenziyasını bəyənib. Onların ümumi dəyəri 41,5 milyon qiymətləndirilir. Rəsmi Moskva ABŞ-ın Ukrayna silah verəcəyi halda Donbas münaqişəsinin daha da gərginləşəcəyini dəfələrlə bəyan edib. “Obozrevatel” nəşri

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi