Saxta nehrə yağlarına aldanmayın! – VİDEO

Bakıdakı bazarlarda satılan nehrə yağının bir kiloqramının qiyməti ilə bölgələrdə satılan eyni adlı yağın qiyməti arasında 2-3 manat fərq var. Məsələ burasındadır ki, çətinliklə əldə edilən nehrə yağı paytaxda daha ucuz satılır. Bu isə nehrə yağının keyfiyyətinə şübhələr yaradır.

Nehrə yağının rayonda bir kiloqramı 10-11, Bakıda isə 8-8 manat əlli qəpiyə satılır. Məsələn, Bərdə bazarında çiyə yağı 10, nehrə yağı isə 11 manata təklif olunur.

Paytaxtın Nizami rayonu ərazisində yerləşən 8-ci kilometr bazarında isə qiymət bölgələrdən təxminən 2-3 manat aşağıdır. Halbuki, paytaxt bazarlarına gətirilən nehrə və çiyə yağlarının əksəriyyəti məhz bölgələrdən gətirilir.

Araşdırma nəticəsində məlum olub ki, 8-ci kilometr bazarında satılan nehrə yağının bir kiloqramı Bərdə bazarında satılan eyni adlı yağın qiymətindən ucuzdur. Bakında bazara nehrə yağı əsasən Daşkəsən, Gəncə, Qazax və Şəki rayonlarından gətirilir.

Paytaxt bazarında bəzi satıcılar iddia edir ki, qiymətin ucuz olmasına baxmayaraq, müştərilərinə təmiz nehrə yağı satırlar. Satıcılardan qiymətlərin belə ucuz olmasının səbəbini soruşduqda isə, onlar bunu müxtəlif səbəblərlə izah etdilər. Satıcılar bildirdi ki, hazırlanan bu yağ nehrənin özündə yox, mixserlə qatışdırıldıqdan sonra alınır.

Məsələ ilə bağlı 21 saylı Baytarlıq Laboratoriyasının müdir əvəzi Zəkiyyə Əliyeva bildirib ki, bazara gətirilən yağ məhsullarının keyfiyyətinə nəzarət məqsədilə analizlər götürülür. Satıcılara da bildirlib ki, satılan məhsulun nehrə və ya çiyə yağı olub-olmaması ilə bağlı alıcılara dəqiq məlumat versinlər. Qurumdan həmçinin o da bildirildi ki, məhsulun keyifyyəti ilə bağlı alıcılar hər hansı problemlə qarşılaşdıqda dərhal bazarda fəaliyyət göstərən laboratoriyaya müraciət edə bilərlər.

Bəs keyifiyyətli nehrə yağının baha olmasına səbəb nədir? Mütəxəsisslər bildirir ki, əsl nehrə yağını saxtasından seçmək çətin olasa da tövsiyə olunur ki, yağın əvvəlcədən dadına və qoxusuna fikir versinlər.(Xezerxeber)

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi