İraq parlamenti Qüdslə bağlı qərarını açıqladı

İraq parlamenti ABŞ Prezidenti Donald Trampın Qüds qərarını qınayan qanun layihəsini təsdiq edib.

Axar.az xəbər verir ki, bu barədə İraq parlametində üstünlük təşkil edən Milli Koalisiya Partiyasının millət vəkili Əli əs-Safi məlumat yayıb. O bildirib ki, sözügedən qanun layihəsi səs çoxluğu ilə qəbul edilib:

“Millət vəkilləri ABŞ-ın qərarının bütün dinlərə qarşı təxribat xarakterli addım olması və beynəlxalq təhlükəsizliyə təhdid yaratması haqda ortaq qənaətə gəliblər. Bu qərarla biz Qüdsün Fələstinin əbədi paytaxtı olmasını vurğuladıq”.