Qan müayinələri zamanı aşkarlanan XƏSTƏLİKLƏR

“2017-ci ildə 130 minə yaxın insanın qan nümunəsi müayinə olunub. Onların arasında 3611 talassemiya daşıyıcısı, 103 qazanılmış immun çatışmazlığı sindromu, 422 sifilis xəstəliyi aşkar edilib”. Bu barədə  Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov məlumat verib.

“Azərbaycanda talassemiyalı xəstə uşaqların doğulmasının qarşısı alınması istiqamətində konkret addımlar atılır”

Şöbə müdiri söyləyib ki, müayinə olunanlar arasında talassemiyalı 38 cütlük aşkar edilib: “Bu cütlüklərdən hamilə qalan 24 qadının hər birindən götürülən döl materialının müayinəsi aparılıb. Nəticədə 4 sağlam, 14 daşıyıcı, 6 xəstə döl aşkarlanıb. Ümumilikdə, xəstəlik müəyyən edilmiş 10 halda hamiləliyin pozulması qadınlara məsləhət görülüb və həyata keçirilib. Bu da o deməkdir ki, artıq Azərbaycanda talassemiyalı xəstə uşaqların doğulmasının qarşısı alınması istiqamətində konkret addımlar atılır”.

“Talassemiyadan ölüm göstəricisi 5 dəfə azalıb”

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə tikilib istifadəyə verilən Respublika Talassemiya Mərkəzində talassemiyalı xəstələrin normal həyat fəaliyyətinin təmin olunması hesabına son 10 ildə talassemiyadan ölüm göstəricisi 5 dəfə azalıb: “Hazırda 3100 xəstə bu mərkəzdə daimi müalicə alır, onlardan 2977 nəfər talassemiya xəstəsidir”.

“2017-ci ildə 12 sümük iliyi transplantasiyası aparılıb”

“Son illərdə Respublika Talassemiya Mərkəzində irsi qan xəstəliklərinin radikal müalicə üsulu olan sümük iliyinin transplantasiyası əməliyyatı uğurla həyata keçirilir. Cari ildə 12 sümük iliyi transplantasiyası aparılıb, onlardan 1 nəfər kəskin leykoz, 1 nəfər aplastik anemiya, digər 10 nəfər isə böyük beta-talassemiya xəstəsi olub”- deyə, G. Poladov əlavə edib. Sia.az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi