Neft bahalaşır
Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.
AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,01 dollar bahalaşaraq 68,19 dollar olub.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,46 dollar artaraq 66,62 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti isə 0,44 dollar bahalaşaraq 60,28 dollar təşkil edib.