Madriddə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü-Yeni İl qeyd olunub

Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bayram tədbiri keçirilib. Tədbirdə Madriddə və İspaniyanın digər bölgələrində yaşayan azərbaycanlılar iştirak edib.

Tədbirdə çıxış edən səfir Anar Məhərrəmov həmvətənlərimizi qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edərək onlara ölkəmizin inkişafı naminə göstərdikləri fəaliyyətlərində uğurlar arzulayıb.

Həmrəylik gününün tarixindən və əhəmiyyətindən bəhs edən səfir A.Məhərrəmov bu əlamətdar günün ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu və 1991-ci ildən etibarən Azərbaycan xalqının böyük qürur hissi ilə qeyd etdiyini vurğulayıb.

Diplomat milli birliyin, bu birliyin ana xəttini müəyyənləşdirən azərbaycançılıq ideyasının formalaşması istiqamətində atılmış bu vacib addımın davamı olaraq sonrakı illərdə dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi, Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması və görülmüş digər tədbirlər nəticəsində dünya azərbaycanlılarının təşkilatlanması prosesinin daha da gücləndiyini qeyd edib.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunun bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən Anar Məhərrəmov ölkə daxilində dayanıqlı siyasi və iqtisadi sistemin formalaşdırıldığını və ölkəmizin son illərdə bir sıra dünya miqyaslı tədbirlərə uğurla ev sahibliyi etdiyini diqqətə çatdırıb.

Səfir xaricdə yaşayan soydaşlarımızın problemlərinin həlli istiqamətində aparılan məqsədyönlü siyasətin nəticələri barədə geniş məlumat verərək, Prezident İlham Əliyevin dünya azərbaycanlılarının qurultaylarında etdiyi çıxışlarında ölkəmizin milli maraqlarının qorunması, təbliği və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsini xüsusi vurğuladığını və onları milli birliyə xidmət edən fəaliyyətlərində səfərbər olmağa çağırdığını qeyd edib.

Mərasimdə iştirak edənlər Azərbaycan icmasının təşkilatlanmasında səfirliyin göstərdiyi fəaliyyətin təqdirəlayiq olduğunu bildirərək, İspaniyada yaşayan azərbaycanlıların ölkəmizin milli maraqlarının qorunması və təbliğat işinin aparılmasına həmişə hazır olduqlarını deyiblər. Bu baxımdan öz fəaliyyətlərini gələcəkdə daha da artıracaqlarını qeyd ediblər.

Daha sonra tədbir iştirakçıları milli təamlarımızdan dadıblar, balacalara isə Yeni il hədiyyələri təqdim edilib.

Tədbirdə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə həsr olunmuş videoçarx nümayiş etdirilib.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi