Qətlin təşkilatçısı saxlanıldı
Meksikada nüfuzlu Jornada nəşrinin jurnalisti Miroslava Briçin qətlinin təşkilatçısı saxlanılıb. Bu barədə ölkənin daxili işlər naziri Miqel Anxel Ossorio Çong məlumat verib.
Briç mart ayında Çiuaua ştatında öz evinin qarşısında güllələnib.
2000-ci ildən etibarən ölkədə təxminən 120 media nümayəndəsi qətlə yetirilib.