DİQQƏT: Sizi 40 manat cərimə edəcəklər

Azərbaycanda avtomobillərə heç bir əsas olmadan əlil tanınma nişanı vurmaqla ictimaiyyəti və yol polislərini aldadırlar.

Bunu Trend-ə açıqlamasında nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib.

Ekspert bildirib ki, bu sahədə ciddi problem var: “Azərbaycanda əlilərin avtomobilinin tanınması üçün fərqlənmə nişanı var. Bu, “Yol hərəkəti haqqında” Qanunun 72-ci maddəsi ilə təsbit olunub. Həmin nişanı minik avtomobilləri ilə yanaşı, yük avtomobillərinə, hətta mikroavtobuslara, sərnişin avtobuslarına da vururlar”

Ekspert bildirib ki, araşdırılma aparılsa, üzərində əlil nişanı olan avtomobillərin əksəriyyətinin əlil maşını olmadığı məlum olacaq: “Öncə bu problemi həll etmək lazımdır. Əlil nişanı Dövlət Yol Polisi tərəfindən qeydiyyatla verilməli, əlillər üçün olan avtomobillərin qeydiyyat şəhadətnaməsinə bu qeyd edilməlidir. Əlil avtomobilində xüsusi avadanlıqlar quraşdırılmalıdır. Avtomobilə hansı xüsusi avadanlığın quraşdırılması isə avtomobilin qeydiyyat şəhadətnaməsində yazılmalıdır. Bundan sonra həmin avtomobilə əlil nişanı verilməlidir”.

Ə.Hüseynov qeyd edib ki, “Yol hərəkəti haqqında” Qanunun 71-ci maddəsində yazılıb ki, əlil tanınma nişanı yalnız əlil üçün xüsusi avadanlıqlarla təchiz olunmuş və əlillərin mülkiyyətində olan nəqliyyat vasitələrinə vurula bilər: “Hazırda Azərbaycanda bu proses tətbiq olunmayıb. Bu məsələni həll etdikdən sonra əlil avtomobillərinə güzəştlər tətbiq etmək olar. Məsələn, mədəsində əməliyyat olunmuş şəxsə 2-ci qrup əlil verilir və o, avtomobilinə əlil tanınma nişanı vurur. Həmin şəxsin ayaqları, əlləri yerindədir. O sürücü avtomobilə əlil tanınma nişanı vura bilməz. Amma elə sürücü var ki, ayağının biri və yaxud əlinin biri yoxdur, bu şəxslərə əlil tanınma nişanı verilməlidir”.

O, eyni zamanda əlavə edib ki, bu gün əlil tanınma nişanını mağazalardan da almaq olar: “Bu nişan mərkəzləşdirilmiş qaydada verilməlidir. Əslində, qanunvericiliyə görə, əlil tanınma nişanından yalandan istifadə edən sürücü 40 manat cərimə olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 342.1.11-ci maddəsinə görə, sürücü belə halda məsuliyyət daşıyır”.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi